Qazaxıstan Prezidenti Türkmənistana gedir
Dərc olunub:
2-08-2025, 09:54
Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev avqustun 5-i Türkmənistana səfər edəcək.
Avrasiya.net xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Bildirilib ki, o, BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransında iştirak edəcək.
Sözügedən konfrans avqustun 5-i Türkmənistanın Avaz şəhərində baş tutacaq.