"Rusiya Azərbaycanı itirmək istəmir"
Çingiz Şahbazi
Politoloq
Rusiya, İran Prezidenti Məsud Pezeşkianın Xankəndiyə səfərindən narazı qalıb. Bildiyiniz kimi İran Prezidenti Məsud Pezişkian, Azərbaycanın erməni işğalından azad etdiyi qədim şəhərimiz olan Xankəndidə, baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatı platforması çərçivəsində, təşkil edilən Zirvə görüşünə ölkəsi adına qatılıb və bu toplantı çərçivəsində bir sıra görüşlər və müzakirələr həyata keçirib.
Əslində İran Prezidentinin, Azərbaycana səfər edərək İƏT-na qatılması, müharibənin vurduğu siyasi və iqtisadi zərərin, dağıntıların və ola biləcək hansısa iqtisadi böhranın aradan qaldırılması istiqamətində və yaxud da qarşısının alınmasında, İqtisadi Əməkdaşlıq Təşkilatının verdiyi imkanlardan istifadə eməklə mövcud problemləri aradan qaldırmaq imkanı verəcək və bu səfər ölkəsi açısından faydalı addımdır və məhz indiki vaxtda vacib səfər hesab olunmalıdır.
Təşkilata üzv ölkələrin, Zirvə sammitinə, müzakirələrə qatılaraq iştirak etmələri və ölkələri adına təşkilatdan faydalanmaları heç şübhəsiz ki, hər bir üzv ölkə kimi İranın da bu istiqamətdə işini asanlaşdırır və sürətləndirir. Rusiyanın Azərbaycanla münasibətlərinin pisləşdiyi bu vaxtda, Pezişkianın Azərbaycana səfər etməsi, əslində İran Prezidentinin Azərbaycana səfərinin, üzv olduğu İƏT-nın Zirvə sammitinin, təyin etdiyi mövcud vaxt əsasında, həyata keçirilmişdir və bu baxımdan Rusiyanın İran Prezidentinə qarşı bu və digər səkildə etiraz etməsi əlbəttə ki heç bir əsası yoxdur.
Əslində, Rusiyanın bu etirazının arxasında, İran sadəcə olaraq vasitə kimi istifadə olunur və Rusiyanın bu etirazının arxasında Azərbaycana qarşı qısqanclığın olduğunu görməmək mümkün deyil.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdə müraciəti ölüb. Ərdoğan, Rusiya və Azərbaycan münasibətlərində olan gərginliyin azaldılması üçün, hər iki ölkədə ortalığı sakitləşdirmək məqsədilə öz mesajlarını verdi.
Əminliklə qeyd edirəm ki, Rusiya Azərbaycanı itirmək istəmir və bunu heç bir halda etməyəcək. Bu səbəbdən yaxın vaxtlarda qarşılıqlı olaraq əlaqələrin yenidən qurulması istiqamətində addımlar atılacağını düşünürəm.