star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Gürcüstanda 12 deputatın mandatına xitam verildi

Gürcüstanda 12 deputatın mandatına xitam verildiGürcüstan parlamentində keçirilən növbədənkənar sessiyanın plenar iclasında “Gürcüstan Naminə” partiyasının 12 üzvünün deputat mandatına vaxtından əvvəl xitam verilməsi məsələsi dəstəklənib.

Bu barədə parlamentin Prosedur Məsələləri Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının 2024-cü il parlament seçkiləri ilə bağlı yekun protokoluna əsasən, seçki baryerini keçmiş partiyalar sırasında yer alan “Gürcüstan Naminə” partiyası parlamentdə 12 mandat əldə edib, lakin deputatlar bu yerlərdən istifadə etməyiblər.

Komitənin açıqlamasına görə, adıçəkilən partiyanın nümayəndələri yaz sessiyası çərçivəsində keçirilmiş bütün 26 iclasda iştirak etməyiblər və bu, əsassız səbəb kimi qiymətləndirilib.

Gürcüstan parlamentinin reqlamentinə əsasən, əgər bir deputat növbəti sessiyanın iclaslarının yarıdan çoxunu üzrsüz səbəbdən buraxarsa, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi gündəmə gətirilə bilər.

Bununla əlaqədar parlamentdə hər 12 deputat üzrə fərdi qaydada səsvermə keçirilib və nəticədə onların hamısının deputat səlahiyyətlərinə xitam verilməsi qərara alınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər