Rusiyada azərbaycanlı iş adamı və diaspor rəhbəri saxlanıldı
Dərc olunub:
1-07-2025, 20:48
Voronejdə azərbaycanlı, regionun ən böyük - “Alekseyevski” bazarının ortağı Yusif Xəlilov saxlanılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkələrin Rusiya seqmentində məlumat yayılıb.
Həmçinin Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanıldığı bildirilir.
“Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı bildirilir.