AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.

Sözügedən sayt xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus Embraer E190 təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin “Pantsir-S” zenit-raket kompleksi tərəfindən vurulduğunu təsdiqləyən materiallar yer alıb.

Məktubda Hava Hücumundan Müdafiə kapitanının izahatı, atəş anını əks etdirən videoyazı, audiofayllar və digər sənədlər təqdim olunub. Bu materiallara əsasən, atəş Rusiya Müdafiə Nazirliyinin birbaşa göstərişi ilə açılıb.

Redaksiya təqdim olunan materialların orijinallığını müstəqil şəkildə təsdiqləyə bilməsə də, onların ictimai əhəmiyyətini nəzərə alaraq yaxın günlərdə dərc etməyi planlaşdırır.

Eyni zamanda Minval.az redaksiyası həmin materialların Azərbaycan Respublikasının faciənin araşdırılması ilə məşğul olan aidiyyəti qurumlarına təqdim olunmasına hazır olduğunu bəyan edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər