Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirilib

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib.

Avrasiya.net-in məlumatına görə, şəhər sakinləri Rusiya KİV-ə bildirib ki, onlarla azərbaycanlı saxlanılaraq Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə aparılıb.

İddiaya gorə, saxlanılanlar arasında 2001-ci ildə baş vermiş və uzun illər bağlı qalmış qətl hadisəsinin əsas şübhəlisinin də olduğu bildirilir.

İstintaq Komitəsinin məlumatına görə, hadisə ilə əlaqədar yenidən açılmış cinayət işi çərçivəsində xüsusi əməliyyatlar həyata keçirilir. Rəsmi məlumatda bildirilir ki, istintaq tədbirləri çərçivəsində bir sıra şəxslərin yaşadıqları ünvanlarda axtarış aparılıb, bir neçə nəfər isə müxtəlif cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə idarəsi və Daxili İşlər Nazirliyinin regional bölməsi əlavə məlumatların istintaqın məxfiliyinə görə açıqlanmayacağını bildirib.

Xatırladaq ki, bu, bölgədə azərbaycanlılara qarşı aparılan ilk genişmiqyaslı əməliyyat deyil. Yerli mətbuat daha əvvəl də nazirlik rəsmilərinə qarşı sui-qəsddə şübhəli bilinənlərin oxşar şəkildə saxlanıldığını yazıb.

Qeyd edək ki, ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli APA-ya açıqlamasında Yekaterinburqda qardaşları Ziyəddin və Hüseyn Səfərovların OMON dəstəsi tərəfindən öldürüldüyünü deyib.

“İki qardaşımı da işgəncə ilə öldürüblər”, - deyə Seyfəddin Hüseynli bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər