Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir

Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir“İsrailə casusluq”da ittiham olunaraq edam cəzasına məhkum edilən Güney Azərbaycan əsilli isveçli alim Əhmədrza Cəlalinin həyatı təhlükədədir.

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Alimin iyunun 22-də Tehranın Evin həbsxanasından naməlum yerə aparıldığı bildirilib.

“İsrailə casusluq” ittihamına görə saxlanılan məhbusların edamına başlanıldığı üçün Cəlalinin də edam ediləcəyi barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər