İrana açıq dəstək verən bir ölkə var: ancaq arxasında duran...

İrana açıq dəstək verən bir ölkə var: ancaq arxasında duran...Əslində İrana zərbələr Yaxın Şərqdəki maraqlarından imtina etməyə razı olmayan Çinə müəyyən bir mesajdır.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı ekspert Vitali Arkov deyib.

“Məgər buna görə çinli yoldaşlarımız uzun illər İranın indiki mürəkkəb hakim elitası ilə qarşılıqlı anlaşma axtarmaq və tapmaq üçün vaxt sərf edib?! Bu, Qərbin kuklasına çevrilmək üçün az qala fürsət axtaran keçmiş Şah Məhəmməd Rza Pəhləvi deyil”, - o bildirib.

Arkovun sözlərinə görə, hazırda mediada Çinin niyə susması və İranın müdafiəsinə qalxmaması ilə bağlı geniş müzakirələr gedir:

“Deyirlər ki, yalnız Pakistan açıq şəkildə dəstəyini ifadə edib. Əslində, İslamabadın bəyanatlarına Pekinin reaksiyası kimi baxmaq lazımdır. Bir çox sahələrdə, o cümlədən hərbi sahədə onların sıx qarşılıqlı əlaqəsini bilirik. Yəni Pakistan Çinin təkcə Hindistana qarşı istifadə etdiyi “dəyənəyi” deyil. Bu, eyni zamanda, Netanyahu və Trampın döyüş istəyini soyutmaq üçün bir vasitədir. Üstəlik, hazırda çoxlarını təəccübləndirən “Xeybər” və “Fəttah” ballistik raketlər ailəsi İran hərbi-sənaye kompleksi dizaynerləri tərəfindən xarici tərəfdaşlarla birgə işlənib hazırlanıb. Onların istehsalında Çin və ya Rusiya “əlinin” olması məsələsini isə yalnız təxmin edə bilərik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər