Paşinyan yenə kilsədən yazdı - Keşişlər əxlaqsızlıq edir

Paşinyan yenə kilsədən yazdı - Keşişlər əxlaqsızlıq edirErmənistanın Baş naziri Nikol Paşinyan bu gün səhər yenidən Erməni Apostol Kilsəsi və keşişlər mövzusuna müraciət edib.

Paşinyan özünün sosial şəbəkə hesabında qanunvericiliyin kilsəyə dair tələblərindən yazıb.

Baş nazir bildirib ki, Erməni Apostol Kilsəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Nizamnaməsi din xadimləri üçün hüquqi qüvvəyə malikdir.

Nizammnaməyə əsasən, arxiyepiskop, kahin, diakon və digər din xadimləri əxlaqsızlıq, yalançı şahidlik və ya oğurluqda tutulsalar, dini rütbədən məhrum olunmalı, eyni zamanda kilsədən xaric edilməlidirlər.

Paşinyan qeyd edib ki, arxiyepiskop Arşak Xaçatryan əxlaqsızlıqda günahkardır və Erməni Apostol Kilsəsinin Nizamnaməsinə görə, o, dini rütbədən məhrum edilməlidir.

“Bu şəxs müqəddəs taxt qarşısında rahiblik əhdini pozmuşdur”, - Paşinyan yazıb.

Baş nazir bildirib ki, o, kilsənin əleyhinə deyil, onun dəyərlərindən danışır.

“Mən kilsənin əleyhinə danışıram, yoxsa onun ziyarətgahlarını murdarlayanlara qarşı?

Mən kilsəmizin ziyarətgahlarını murdarlayanlara qarşı çıxır və və onun sadiq dindarları üçün mübarizə aparıram”, - Paşinyan vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər