"İsrail hazırda İranın ali dini liderinin ovuna çıxıb"

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Tehranın mərkəzində yerləşən hərbi qərargaha hava zərbəsi endirərək İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Şadmanini öldürüblər.

Politoloq Elxan Şahinoğlu deyib ki, müharibənin başlamasından cəmi dörd gün keçsə də, İran ordusunun və SEPAH-ın komandanlığı məhv edilib, onlarla general öldürülüb. İsrailin hansısa yüksək rütbəli hərbçisinin öldürüldüyü barədə məlumat yoxdur. İran İraqla 8 il savaşda bu qədər general itirməmişdi:

"Aydındır ki, İsrail İrana qarşı müharibədə texnoloji üstünlüklərindən istifadə edir. Buna baxmayaraq, müharibədə döyüşən tərəflərdən biri orduya komandanlıq edənlərin böyük əksəriyyətini itirirsə, vəziyyətdən çıxış yolları axtarmalıdır. İsrail hazırda İranın ali dini liderinin ovuna çıxıb. Tel-Əviv bu hədəfinə də çatarsa, İran müharibəni dayandırmaq üçün ən ağır şərtləri qəbul etmək məburiyyətində qala bilər. İsrail qırıcı təyyarələri İran səmasında azad hərəkət edirlər. İran İsrailə yalnız raket zərbələri endirə bilir, hərbi təyyarələri havaya qalxa bilmir.

Digər tərəfdən müharibəni davam etdirmək üçün kifayət qədər raket komplekslərinə malik olmalısan. İran əlindəki arsenalla müharibəni hələ nə qədər davam etdirə bilər?".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər