İranda İsrail dronlarının olduğu yük maşınları saxlanıldı
Dərc olunub:
16-06-2025, 14:56
İranın hüquq-mühafizə orqanlarının əməkdaşları Lorestan əyalətində İsrailin kamikadze dronlarını və partlayıcı maddələr daşıyan iki yük maşınını saxlayıblar.
Bu barədə Press TV telekanalı məlumat yayıb.
Telekanalın iddiasına görə, yüklərın daşınmasını İsrailin MOSSAD kəşfiyyat xidmətinin agentləri həyata keçiriblər.
Daha əvvəl "Nour Nyus" agentliyi MOSSAD-ın İran daxilindəki hərbi obyektlərə zərbələr endirmək üçün bu tip dronlardan istifadə etdiyi barədə məlumat yaymışdı.