İranda İsrailin zərbələri nəticəsində ölənlərin sayı 400-ü ötüb

İranda İsrail Müdafiə Qüvvələrinin zərbələri nəticəsində azı 406 nəfər ölüb, 654 nəfər isə yaralanıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə İranda İnsan Haqları Fəalları təşkilatı məlumat yayıb.

“Uzun müddətdir ölkədəki vəziyyəti izləyən İnsan Haqları Fəalları hüquq müdafiə qrupunun məlumatına görə, İsrailin İrana zərbələri nəticəsində azı 406 nəfər həlak olub, daha 654 nəfər yaralanıb. İran hökuməti ümumi itkilərin sayını açıqlamayıb”, – AP qeyd edib.

Xatırladaq ki, daha əvvəl İranın Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur ayın 14-nə olan vəziyyətə görə 128 nəfərin öldüyünü, yüzlərlə insanın yaralandığını bildirmişdi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər