"İran strateji olaraq uduzub"
D.Tramp prezident seçiləndən dərhal sonra İsrailə bunker dağıdan bombalar göndərdi. Halbuki C.Bayden İsrailə belə bir bombaların verilməsini qadağan etmişdi. ABŞ prezidenti D. Tramp İsrailin əli ilə Iranı kapitulyasiyaya imza atmağa məcbur edir.
Avrasiya.net xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, əvvəldə qeyd etmişdim ki, D.Tramp İranla danışıqlarda neft-qaz sənayesində pay istəyir. İranda bundan imtina edir. Təbii ki, ABŞ regionda yeni siyasi şəkilləndirmə aparır. Burada D. Tramp öz biznes maraqlarını tətbiq edir:
"ABŞ müdaxiləsi Tehranın onun hərbi bazalarını hədəf almasına səbəb olacaq. Bu da genişmiqyaslı müharibədi. İran strateji olaraq uduzub.
ABŞ Rusiyanı da belə bir vəziyyətə gətirmək iqtidarındadır. Amma, müharibənin davam etməsi Vaşinqtonun geosiyasi maraqlarına xidmət edir".