İsrail İranın hərbi hava bazalarını vurdu

İsrail Müdafiə Qüvvələri raket və pilotsuz uçuş aparatlarının buraxılışı üçün istifadə olunan iki İran hərbi hava bazasına zərbələr endirib.

Avrasiya.net xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr İranın qərbindəki Həmədan və şimalındakı Təbriz hava bazalarına, həmçinin ölkənin şimal-qərbindəki “yer – yer” sinifli raketlərin buraxılış meydançasına endirilib.
Ətraflı

“Hücum zamanı onlarla İran PUA-sı və “yer – yer” sinifli raket qurğuları məhv edilib”, – məlumatda qeyd olunub.

Bundan başqa, "Mehr" agentliyi yazır ki, Tehranın mərkəzi hissəsində yerləşən Mehrabad hava limanı yaxınlığında partlayış səsi eşidilib.

Agentliyin yaydığı görüntülərdə qatı tüstü görünüb. Hava limanına heç bir ziyan dəyməyib.

Partlayış yerində güclü yanğın başlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər