Özbəkistan Rusiyaya nota verdi
Dərc olunub:
11-06-2025, 08:30
Özbəkistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Rusiya ərazisində yoxlanılması ilə bağlı narahatlığını bildirib.
Bu barədə nazirliyin mətbuat katibi Axror Burxanov deyib.
Onun sözlərinə görə, ölkənin Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edib.
"Biz qanunsuz yoxlamalar, hörmətsizlik və kobud rəftar halları ilə bağlı məlumatlardan narahatıq", - Burxanov qeyd edib