Paşinyan yeni katolikos seçkisinə hazırlıq elan etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin ardıcıllarına müraciət edib.

N.Paşinyan müraciətində bildirib ki, Eçmiədzin kilsəsinin hazırkı rəhbərlikdən azad edilməsi üçün fəal addımlar atmalı və yeni katolikosluq seçkiləri təşkil olunmalıdır.

Baş nazir bununla bağlı təşkilati məsələlərini tənzimləmək üçün Koordinasiya Qrupu yaratmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, Koordinasiya Qrupunun üzvləri kişilər, qadınlar, sadə insanlar və ya din xadimləri ola bilər. Koordinasiya Qrupuna daxil olan din xadimlərinin subaylıq andını pozmamaları məcburidir.

Paşinyan deyib ki, Koordinasiya Qrupunun ilk 10 üzvünün seçilməsini öz üzərinə götürəcək.

Gələcəkdə Qrup genişlənmə prosedurları, strukturu və digər mümkün məsələlər barədə qərar verəcək.

Baş nazir 5 meyar üzrə Koordinasiya Qrupuna üzv olmaq istəyənlərdən onun e-mail ünvanına müraciət göndərməyi xahiş edib.

“Bu fəaliyyətimiz zamanı çoxlu vəsvəsə sözləri eşidiləcək, bizi hər cür məsələdə ittiham edəcəklər”, - deyə Baş nazir bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər