Moskvanın bütün hava limanları təhlükəsizlik səbəbilə bağlanıb
Dərc olunub:
10-06-2025, 05:08
Moskvanın bütün hava limanları PUA hücumu təhlükəsi səbəbilə bağlanıb.
Moskvanın bütün hava limanlarında - Domodedovo, Şeremetyevo, Jukovski və Vnukovoda "Xalça" rejimi tətbiq edilib. Hava limanları təyyarələrin enməsinə və uçmasına icazə vermir.
Moskva vilayətinin Naro-Fominsk, Domodedovo, Ramenskoye, Odintsovo və Jukovskidə partlayış səsləri eşidilir.
Jukovski və Naro-Fominsk sakinləri partlayışlara bənzər ən azı on yüksək səs eşitdiklərini deyirlər.
Hələlik rəsmi məlumat yoxdur.