İran MAQATE-ni hədələdi

İslam Respublikası Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi İran əleyhinə qətnamə qəbul ediləcəyi təqdirdə, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE - BAEA ) ilə əməkdaşlığı azaldacaq.

Publika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Mayın sonunda "Reuters" xəbər tutdu ki, Qərb dövlətləri MAQATE-nin Rəhbərlər Şurasına İranı təxminən 20 ildə ilk dəfə nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham etmək üçün təzyiq göstərmək istəyirlər.

Agentlik son hesabatında İranla əməkdaşlığı "qənaətbəxş deyil " adlandırıb. Sənədə əsasən, İran 60 faiz zənginləşdirilmiş uranın istehsalını sürətləndirib. Agentlik həmçinin Tehranın fevral və mayın ortaları arasında uran ehtiyatını artırmasından “ciddi narahat olduğunu” bildirib.

“Əlbəttə, MAQATE İranla indiyədək olan geniş və aşkar əməkdaşlığın davam edəcəyini gözləməməlidir”, - Kamalvəndi bildirib.

O əlavə edib ki, Tehran artıq agentlik və gələcək əməkdaşlıq formatı üçün texniki suallar hazırlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər