Paşinyan Azərbaycan xalqını təbrik etdi
Dərc olunub:
6-06-2025, 20:08
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan xalqını təbrik edib.
Avrasiya.net xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib.
"Azərbaycan Respublikasını və xalqını Qurban Bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram", - Paşinyan bildirib.