Azərbaycan-Ukrayna dostluğuna mini sənədli film həsr edilib

Ukraynanın Multiplex şirkəti Azərbaycan-Ukrayna dostluğuna mini sənədli film həsr edib.
Multiplex şirkəti Ukraynada və digər ölkələrdə kinoteatrlar şəbəkəsinə sahibdir. Mini filmi hazırlamaqla Ukrayna xalqının ən çətin günlərində Azərbaycanın onların yanında olmasına minnətdarlıq bildirişidir.

Qitmətli sənədli kadrlarla zəngin film hər iki xalqın eyni problemlə üzləşməsindən, çətinliklərə qarşı birgə mübarizə aparılmasının vacibliyindən bəhs edir.
Raket zərbələri ilə viran olmuş Ukrayna şəhərləri və düşmənlər tərəfindən talan edilmiş, daşı daş üstündə qalmayam Ağdam şəhərinin kadrları filmdə yer alır.

Ölməz Rəşid Behbudovun Ukrayna dilində oxuduğu "Ruşnik" mahnısı mini sənədli filmin Ukrayna-Azərbaycan xalqlarının dostluğunun rəmzi kimi istifadə olunub. Rəşid Behbudovun ifası baş verən dəhşətlərin miqyasına və bu dəhşətlərdən yalnız birlikdə xilasın mümkünlüyünə yüksək peşəkarlıqla uzlaşdırılmışdır.
Mini filmin mahiyyəti bütün ekran boyu vaxtaşı yazılan ingiıis dilində titrlərlələ izah olunur.
Film bu titrlərlə başlayır:

UKRAİNE AND AZERBAİJAN TWO NATIONS WITH ONE PROBLEM
(UKRAYNA VƏ AZƏRBAYCAN İKİ MİLLƏTİN BİR PROBLEMİ)

Multiplex şirkəti mini sənədli filmi sosial şəbəkələrdə, dünyanın müxtəlif ölkələrində, özlərinə və dostlarına məxsus kinotearlarda seanslardan əvvəl, ticarət mərkəzlərində və digər mümkün yerlərdə geniş yaymağı nəzərdə tutur.

Dostlarımıza uğurlar arzu edirik.

Kamil Şahverdi
Rəşid Behbudov Fondunun direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər