"Hörümçək toru" Putin iqtidarın parçalayır

Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın dərinliklərində həyata keçirdiyi “Hörümçək toru” əməliyyatından sonra da Krım körpüsunü partlatması Putinin şəxsi nüfuzuna, hakimiyyətinə böyük zərbədir, çox çətin sınaqdır. Zatən 4 ilə yaxın Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibənin gedişi, müharibə öncəsi rəsmi Moskvanın anonsunun tam əksinə olan nəticə Rusiyanın qlobal hərbi güc mifini məhv edib.

Artıq bəllidir ki, Putin üçün Zelenski siyasi rəqib yox, nifrət bəslədiyi şəxsi düşmənidir. Zelenski öz dirənişi ilə Rusiyanın qlobal hərbi güc mifini məhv edib, acizliyini ortaya çıxardığı üçün və Rusiya dövlətinin, imperiyasının mövcudluğuna real təhlükə yaradıb. Putin Zelenskiyə o qədər nifrət edir ki, son əməliyyatlardan sonra onu terrorçu adlandırıb,bundan əvvəl isə onun legitimliyini inkar edirdi. Hansı ki, sözü gedən əməliyyatlardan əvvəl Putin özü Türkiyə prezidenti cənab Ərdoğandan Rusiya-Ukrayna müharibəsində vasitəçiçiyini xahiş etmişdi və tərəflərin görüşü, müzakirəsi mümkün görünürdü. Zelenski də İstanbula danışıqlara gələn nümayəndə heyyətini axmaq adlandırması əslində, danışıqları əhəmiyyətsiz etməkdir ki, Putinin hakimiyyətinə təzyiq daha da güclənsin.

Ukraynanın Rusiyaya qarşı son uğurlu, əhəmiyyətli və hətta müharibənin gedişini dəyişən əməliyyatı Putin iqtidarına qarşı daxildən təzyiqləri artırıb. Xüsusən də, "hörümçək toru" əməliyyatından sonra Putinin Zelenskini terrorçu adlandırması cənab Ərdoğanın vasitıçiliyi ilə mümkün görünən atəşkəsə, barış prosesinə əngəl olub. Heç şübhəsiz ki, Putin komandasında fikir ayrılığı dərinləşir. Rusiyanın neft ixracı ilə bağlı sanksiyalar müzakirə edilir. Rəsmi Moskvadan Ukraynanın keçirdiyi əməliyyata "qisas qaçılmazdır" reaksiyası isə, onu daha çox İrana oxşardır. Bu da onu göstərir ki, Putin üçün hakimiyyətini qorumaq çox çətinləşib...

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər