star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Rusiya Ukrayna üçün son sözünü dedi: Tam məhv olanadək davam edəcək

Rusiya Ukrayna üçün son sözünü dedi: Tam məhv olanadək davam edəcəkRusiya Ukraynanın tamamilə məhv edilməsini istəyir, buna görə də normal sülh danışıqları və müharibənin dayandırılmasında maraqlı deyil.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatını təhlil edən ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) belə qənaətə gəlib.

Medvedev dünən İstanbulda danışıqların Rusiyaya “mümkün qədər tez qələbə və Ukrayna hökumətinin tam məhvi üçün” lazım olduğunu bəyan edib.

ISW analitikləri Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına da diqqət çəkib. Dünən o, Rusiyanın İstanbuldakı son danışıqlarda təqdim etdiyi memorandumun “münaqişənin əsas səbəbləri”ni aradan qaldırmağa yönəldiyini bildirib və danışıqların növbəti raundundan dərhal həll gözləməməyə çağırıb. Peskov eyham vurub ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ və Ukraynadan olan həmkarları Donald Tramp və Volodimir Zelenski ilə görüşünü də gözləməyə dəyməz. Kremlin sözçüsü belə bir görüşün baş tutması üçün bir sıra şərtlərin yerinə yetirilməli olduğunu söyləyib.

ABŞ institutu qeyd edib ki, danışıqlarda Rusiya nümayəndə heyətinin iştirakına baxmayaraq, Moskva müharibənin dayandırılması ilə bağlı heç bir güzəştə getmək niyyətində deyil.

“Rusiya Ukraynanın tam təslim olmasına səy göstərməkdə davam edir və bu, Putin hərbi yolla qələbəyə inandıqca davam edəcək”, - ISW əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər