Xamenei ABŞ-ın İranın nüvə proqramı ilə bağlı təklifini rədd edib
Dərc olunub:
4-06-2025, 11:05
ABŞ-ın İranın nüvə proqramı ilə bağlı planı İranın prinsiplərinə tamamilə ziddir.
APA xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xamenei bildirib.
Xamenei ABŞ-ın nüvə müzakirələrindəki təklifinə qarşı çıxaraq planın İranın əleyhinə olduğunu qeyd edib: “Siz kimsiniz ki, İrana deyirsiniz ki, bizim nüvə proqramımız olsun, ya yox? ABŞ-ın nüvə təklifi bizim güc prinsipimizə 100% ziddir. ABŞ bizim nüvə proqramımızı zəiflədə bilməyəcək. İran uranın zənginləşdirilməsi işindən əl çəkməyəcək”