star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Milli dəyərlərdən qlobal vətəndaşlığa

"Milli Dəyərlər və Qlobal Vətəndaşlıq" adlı beynəlxalq sosial məsuliyyət layihəsi 5 may 2025-ci il tarixində təşkil olunan açılış tədbiri ilə rəsmi olaraq fəaliyyətə başladı. “İki Dövlət, Bir Millət” anlayışı ilə həyata keçirilən bu layihə, Türkiyə və Azərbaycandan yüzlərlə müəllimi ortaq bir məqsəd ətrafında bir araya gətirir: milli dəyərlərə sadiq, eyni zamanda qlobal vətəndaşlıq şüuru ilə yetişən bir gənclik formalaşdırmaq. Layihə "Milli dəyərlərlə qlobal arenaya addımlayan bir gənclik üçün bir yerdəyik!" şüarı ilə yola çıxıb.

Açılış geniş iştirakla keçirildi

Zoom platforması üzərindən canlı yayımlanan açılış toplantısı eyni zamanda YouTube kanalından da izləyicilərə təqdim olundu. Tədbirdə akademiklərdən sənətçilərə, təhsil rəhbərlərindən diplomatik nümayəndələrə qədər bir çox tanınmış şəxs iştirak etdi.

Mədəni qardaşlığa güclü vurğu[/b]

Çıxış edən natiqlər iki ölkə arasındakı mədəni bağların təhsil vasitəsilə daha da möhkəmlənəcəyini vurğuladılar. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, əməkdar müəllim Zülfiyyə Vəliyeva milli kimliyin qorunaraq qlobal baxış bucağının necə inkişaf etdirilə biləcəyinə dair təcrübələrini bölüşdü.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov iki ölkə arasında davam edən qardaşlıq əlaqələrinin mədəniyyət və təhsil layihələri ilə daha da gücləndiyini qeyd etdi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdindəki “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodiki jurnalın baş redaktoru Böyükağa Mikayıllı isə çıxışında uşaq və gənclərə milli dəyərlərin aşılanmasının əhəmiyyətini vurğuladı.

Türkiyədən layihəyə dəstək verən prof. Dr. Mehmet Yüce və doç. Dr. Devrim Alkaya layihəyə göstərdikləri elmi dəstəyi dilə gətirdilər. Xalq musiqiçisi Neslihan Yılmaz Ören isə ifa etdiyi türkülərlə tədbirə bədii zənginlik qatdı.

[b]Könüllülük ruhunda formalaşan bir uğur hekayəsi


Layihənin qurucularından Zübeydə Yanar və Aynur Axundova icra prosesində könüllülüyün və müəllimlər arasında həmrəyliyin əhəmiyyətini xüsusi olaraq qeyd etdilər. Layihənin təməl prinsiplərinin 2021-ci ildə Aynur Axundova tərəfindən Türkiyədə atıldığı, 2024-cü ilin sonlarında isə geniş müəllim auditoriyasına çatdırılaraq bugünkü əhatəli formasına gəldiyi bildirildi.

Təxminən 500 müəllim və elm adamı tərəfindən dəstəklənən layihə, 28 nəfərlik koordinasiya qrupu tərəfindən idarə olunur. Layihəyə may və iyun aylarında pedaqoji təlimlərlə start verillib, may ayında BMT-nin Beynəlxalq məktəb layihəsi çərçivəsində Global Vətəndaşlıq mövzusunda təlimləri Türkiyədən BMT-nin mentor və məktəb səfirləri tərəfindən keçirilmişdir. Sentyabr ayından isə məktəblərin dəstəyi ilə hər ay fərqli mövzularda müəllim və şagirdlərlə birgə fəaliyyətlərlə davam edəcək.

Milli və qlobal dəyərlər arasında tarazlıq

Layihə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ildə etdiyi çıxışlarından birində qeyd etdiyi “Milli kimliyini qoruyaraq qlobal hədəflərə doğru irəliləyən gənclik” vizionu ilə tam şəkildə üst-üstə düşür. Təhsil işçiləri bu məqsədə çatmaq üçün ortaq düşüncə və qətiyyətlə fəaliyyətlərini davam etdirirlər.Layihədə müəllim təlimləri də yer alır. Bu təlimlərin birincisi Birləşmiş Millətlər Təşkilatının Qlobal Məktəblər Proqramının mentorlarından Elif Selçukun koordinatorluğu ilə həyata keçirilib. Təlimdə dayanıqlı inkişaf məqsədləri (DİM) haqqında əhatəli məlumatlar təqdim olunub. Proqrama Savunucu Şükran İnce Toy və onun mentoru Burcu Önder Gürpınar, eləcə də Savunucu Özlem Ercan və onun mentoru Büşra Dursun təlimçi kimi qatılıb. İştirak edən müəllimlərə dayanıqlı inkişaf məqsədlərinin təhsil vasitəsilə necə yayğınlaşdırıla biləcəyi, sinif daxili tətbiqləri və nümunə layihələr üzərindən izah edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər