Ukraynanın dəhşətli hücumu: 600 min insan işıqsız qaldı

İyunun 3-də Ukraynanın Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş ərazilərinə irimiqyaslı PUA hücumları həyata keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Melitopol şəhəri də daxil olmaqla, bir çox yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Rusiya Teleqram kanalları yazır ki, Ukrayna PUA-ları tərəfindən yüksək gərginlikli avadanlıqların vurulmasından sonra Zaporojye bölgəsi işıqsız qalıb.

Zaporojye vilayətinin “qubernatoru” Yevgeni Balitskinin sözlərinə görə, Ukrayna ordusunun hücumu nəticəsində vilayətin şimal-qərb hissəsində yüksək gərginlikli avadanlıqlar sıradan çıxıb. Vilayətin bütün ərazisində elektrik enerjisi kəsilib.

Elektrik enerjisinin kəsilməsi 600 min insanın yaşadığı 457 yaşayış məntəqəsinə təsir edib.

Xerson vilayətinin bir hissəsi də Ukrayna ordusunun hücumu səsəbindən işıqsız qalıb.

Xerson vilayətinin Geniçesk və Zaporojye vilayətinin Melitopol rayonlarında yarımstansiyalar sıradan çıxarılıb.

Geniçesk, Novotroitski, İvanovski və Nijneseroqozski rayonlarında 150 yaşayış məntəqəsi işıqsız qalıb. Bu, 104 min nəfərdən çox əhalinin işıqsız qalması deməkdir.

Rusiya Teleqram kanalları yazır ki, bu, 2022-ci ildən bəri işğal olunmuş ərazilərə vurulan ən böyük zərbədir.

.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər