"Rusiya üçün mənfi ssenari gözlənilir"
Ukrayna Rusiyanın strateji bombardman təyyarələrinin saxlandığı aeroportlara " Şəbəkə əməliyyatı" adlı genişmiqyaslı PUA hücumları edib. Bu hücum Rusiyanın Kiyevə qarşı raket hücumlarına cavabdır. Rusiya və Ukrayna arasında İyunun 2-də növbəti danışıqlar ərəfəsində Ukraynanın bu hücumu danışıqlar masasında müəyyən üstünlüklər qazanmağa hesablanıb.
Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Ukraynanın bu hücumunda xeyli sayda Rusiyanın strateji bombardman təyyarələri sıradan çıxarılıb. Ukraynaya bu hərbi əməliyyatlarda ABŞ dəstək verə bilər. Çünki, ABŞ Rusiyanın danışaqlar masasında güzəştsiz mövqeyindən narazıdır. ABŞ texnoloji və kəşfiyyat yardımı olmadan Ukraynanın Rusiyanın dərinliklərinə hücum edərək 40 dan artıq strateji qırıcıları sıradan çıxarıb:
"Qeyd edim təyyarələrin saxlandığı aeroportlar Sibirdə və Ukraynadan 2 min km. kənarda yerləşir. Ukrayna bununla sübut edir ki, Rusiyanın içərilərinə min kilometrlərə məsafəyə zərbələr endirə bilər. Hücumlar bir başa peykdən idarə olunub. Bu hücuma cavab olaraq Rusiya İstanbul danışıqlarına qatılmaya bilər.
Bu hücumlar, Rusiyaya ciddi mesajdır. Danışıqlar masasına əyləşib, güzəştə getmək üçün belə bir əməliyyat həyata keçirildi. Əgər, Putin bu hücumlara adekvat cavab verərsə, danışıqlar masasında güzəştə getməsə, Rusiya üçün mənfi ssenari gözlənilir.
Artıq, ABŞ Rusiyanı güzəştə məcbur etməyi planlaşdırır. ABŞ və Ukrayna arasında " mineral ehtiyatlarla" bağlı saziş bağlandıqdan sonra, Rusiya prezidenti gedişatı real qiymətləndirə bilmədi. Danışıqlar görüntüsü yaradaraq öz şərtlərini irəli sürərək, Ukraynada yay əməliyyatına başlayaraq "bufer zona" yaratmağı əsas hədəf seçdi".