Qərbin yeni silah qərarı və Zelenskinin Almaniya səfəri: Müharibədə dönüş nöqtəsi

2025-ci ilin may ayının sonunda beynəlxalq siyasi gündəmi dəyişdirən mühüm bir qərar verildi:

ABŞ, Almaniya, Fransa və Böyük Britaniya Ukraynaya verdikləri silahların istifadəsinə qoyulan bəzi məhdudiyyətləri ləğv etdilər. Bu qərar, Ukraynanın Rusiya ərazisində yerləşən hərbi obyektləri vurmaq imkanlarını artırır və müharibənin gedişatında yeni mərhələnin başlandığını göstərir deyə həmyerlimiz politoloq, Qulu İbrahimov bildirib.

Hesab edirəm ki, Almaniyanın bu prosesdəki rolu xüsusilə diqqətəlayiqdir. Uzun müddət tərəddüdlü və ehtiyatlı siyasət yürüdən Berlin, indi daha açıq şəkildə Ukraynanın müdafiəsini dəstəklədiyini bəyan edir.

Yeni kansler Friedrich Merz silah məhdudiyyətlərinin aradan qaldırılmasını Ukraynanın özünü müdafiə hüququ kimi qiymətləndirir. Almaniya Ukraynaya əlavə hərbi texnika və artilleriya sistemləri təqdim edəcəyini bildirib.

Bu qərarların fonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin Almaniyaya rəsmi səfəri baş tutdu. Berlinə səfəri zamanı o, Almaniyanın yeni rəhbərliyi ilə strateji görüşlər keçirdi və Qərbin hərbi dəstəyinin daha da gücləndirilməsinə nail oldu. Bu səfər təkcə simvolik deyil, həm də əməli baxımdan əhəmiyyətli idi deyə politoloq bildirib.

Qərbin bu cür qərarları Rusiya üçün ciddi siqnal sayılır. Artıq Kreml anlayır ki, münaqişə yalnız Ukrayna ilə deyil, bütövlükdə demokratik Qərblə qarşıdurmaya çevrilib. Qərbin verdiyi mesaj aydındır: Ukraynanın suverenliyi və ərazi bütövlüyü şübhə altına alına bilməz.

Bu addımlar eyni zamanda göstərir ki, Ukrayna artıq yalnız dəstək alan tərəf deyil, həm də Qərbin təhlükəsizlik sistemində strateji tərəfdaş rolunu oynamağa başlayır. Müharibə yeni mərhələyə keçir — burada yalnız silahlar deyil, siyasi iradə və prinsipiallıq da qalibiyyətin əsas şərtidir deyə Qulu İbrahimov əlavə edib.

Qeyd edək ki, həmyerlimiz politoloq Qulu İbrahimov uzun illərdir Ukraynada yaşayır, “Analitika və İnformasiya Platforması” təşkilatın sədridir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər