İlk "F-16" - nı vuran rusiyalı hərbçilərə 15 milyon rubl verilib
Dərc olunub:
30-05-2025, 08:15
Xüsusi hərbi əməliyyat zonasında ilk Amerika F-16 qırıcısının məhv edilməsində iştirak edən 12 rusiyalı hərbçi 15 milyon rubl alıb.
Avrasiya.net xəbər verir ki, bu barədə TASS-a “Fores” şirkəti məlumat verib.
“Fores” şirkəti əvvəlcədən elan edilmiş öhdəliyi yerinə yetirərək, xüsusi hərbi əməliyyat zonasında ilk F-16 qırıcısının məhv edilməsi üçün Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçilərinə 15 milyon rubl köçürüb. Mükafatlandırma mərasimi 29 may 2025-ci il tarixində sərhəd bölgəsində komandanlığın iştirakı ilə baş tutub.
Nağd pul sertifikatları hədəfin məhv edilməsində iştirak edən 12 hərbi qulluqçu tərəfindən alınıb”, - şirkətdən bildirilib.