star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Kalmıkiyada azərbaycanlı tələbə Qərbi Azərbaycan haqqında çıxış edib

Dünən Rusiya Federasiyası Kalmıkiya Respublikasının Basan Qorodovikov adına Kalmıkiya Dövlət Universitetində "KalmQU - Xalqları birləşdirən dəyər " mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə universitet rəsmiləri xarici tələbələr və rəsmi qonaqlar iştirak ediblər. Ali təhsil ocağının 2-ci kurs magistr tələbəsi Namiq Muradov, Qərbi Azərbaycan həqiqətləri haqqında tədbir iştirakçılarına məlumat verərək, ailəsinin və özünün deportasiya və qırğınların qurbanı olması haqqında danışlb. Namiq Muradov onuda qeyd etdi ki, 1988-ci ildə ailəsi öz ata-baba yurdları olan Zəngəzur mahalı Qafan rayonundan zorla deportasiya edilən zaman qatarda dünyaya göz açıb.

Hazırda Qərbi Azərbaycan məsələsinin insan haqları kontekstində beynəlxalq gündəmin ən önəmli məsələlərindən olduğunu bildirən qərbi azərbaycanlı gənc tələbə, Qayıdış Konsepsiyasının müddəları barədə də məlumat verib.

Azərbaycanın regiona sülh çağırışından, bu yolda sivil, müharibəsiz və heç bir ərazi iddiasının olmadığı mübarizə xəttindən danışıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər