FETÖ əməliyyatı: 61 hərbçi həbs edildi
Dərc olunub:
27-05-2025, 05:39
İstanbulda davam etdirilən FETÖ əməliyyatı zamanı sıralarında polkovnik-leytenant, polkovnik, mayor və kapitan da olmaqla daha 61 hərbi qulluqçu həbs edilib.
"Hurriyet" xəbər verir ki, əməliyyat mayın 23-də Türkiyənin 36 vilayətində keçirilib.
İstintaq zamanı müəyyən edilib ki, təşkilat üzvləri bir-biri ilə ictimai yerlərdəki telefonlarla əlaqə saxlayıb, mesaj ötürüblər.
Faktla bağlı istintaq davam etdirilib.