star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İran Ermənistanla hərbi memorandum imzalayıb

İran Ermənistanla hərbi memorandum imzalayıbİranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə İrəvana dünənki səfəri çərçivəsində erməni həmkarı ilə görüşüb.

Görüşdə Nəsirzadə İran-Ermənistan münasibətlərinin strateji əhəmiyyətinə diqqət çəkərək deyib: “İranın qonşuluq siyasətində Ermənistanın xüsusi yeri var və Tehranla İrəvan arasında münasibətlər möhkəm tarixi və mədəni əsaslara söykənir. Qafqazda davamlı sülh regional inkişaf üçün geniş imkanlar yaradacaq”.

Briqada generalı Nəsirzadə İranın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəklədiyini və bu prosesi sürətləndirməyə hazır olduğunu bəyan edərək, davamlı sülhün Qafqazda regional inkişaf üçün geniş imkanlar yaradacağını bildirib.

Xarici qüvvələrin təzyiqindən asılı olmayaraq İranın Ermənistanla münasibətlərini qarşılıqlı maraqlar əsasında inkişaf etdirməyə davam edəcəyini vurğulayan briqada generalı Nəsirzadə deyib ki, regional təhlükəsizliyi region ölkələri təmin etməlidir və xarici müdaxilələr qeyri-sabitliyi daha da artıracaq.

Görüşün sonunda iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər