star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Ədalətli sülh, uzunmüddətli sabitlik möhkəm gücə bağlıdır"

"Ədalətli sülh, uzunmüddətli sabitlik möhkəm gücə  bağlıdır"Rusiya-Ukrayna müharibəsini izləyirik. Döyüşlərin ağır nəticələri göz qabağındadır. Düşünmək olar ki, Rusiya üçün insan amili deyil, yalnız imperiya iddiaları, böyük ərazilərə nəzarəti əlində saxlamaq, hegemonluq etmək əsas hədəfdir. Rusiya indi bir milyona yaxın canlı qüvvə itrib. Ehtimal etmək olar ki, gələcəkdə bu ölkə daha bir neçə milyon itirsə də, öz imperiya iddialarından geri çəkilənə oxşamır. Məhz belə məqamda qəhrəman ukraynalılar döyüşür, ədalətli sülh üçün mücadilə aparırlar. Müharibənin ağır nəticələri bu döyüşkən xalqın ruhunu sarsıda bilməyib.

Bunu Avrasiya.net-ə siyasi ekspert Əkrəm Bəydəmirli deyib.

O, qeyd edib ki, amma, lakin ədalətli sülh, cinayətkarı cəzalandırmaq, sabitlik üçün güclü olmalısan. Beynəlxalq hüquq, konvensiyalar bəzən çox mənasız kağız parçası olur. Gücün yoxdursa, yalnız sözdə ədalət çarçısı olaraq qalacaqsan. Bəs, belə məqamlarda nə etmək lazımdır ki, suverenlik, müstəqillik təhlükə altına düşməsin?

"Bu gəlişigözəl ifadələr deyil. Hazırkı məqamda türk dövlətlərinin sözün həqiqi mənasında birliyi möhkəm gücə çevrilə bilər. Rusiya Ukrayna müharibəsi dünyanın və regionun siyasi arxitekturasını dəyişdirməkdədir. Sürətlə dəyişən iqtisadi-siyasi proseslərin yaratdığı reallıqlar türk dövlətləri arasında bütün sferalarda əməkdaşlığın nə dərəcədə zəruri olduğunu ortalığa qoyub. Türk birliyində ən önəmli məqamlarlardan biri odur ki, dünyada gedən proseslər dərindən təhlil olunaraq, türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi, siyasi əməkdaşlığın dərinləşməsi əsas hədəflər sırasında olur" - o, vurğulayıb. .

Ekspert qeyd edib ki, bu gün Türkiyənin və Azərbaycanın regionda, dünyada rolu, əsas strateji hədəfləri bu birliyə mühüm töhfədir. Bu müsbət tendensiya TDT üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini özündə ehtiva edir. Yeni dönəmdə formalaşacaq bu əməkdaşlıq yalnız türk dövlətləri üçün deyil, ümumilikdə Şərqlə Qərb arasında çox sərfəli kommunikasiya xətti olacaq. Belə nəhəng layihələr dünyanın və regionun yeni siyasi-iqtisadi arxitekturasının yaradacağı reallıqlardır. Təbii ki, bu yolda ciddi risklərin, təhdidlərin ortalığa çıxması, hətta müxtəlif təhlükəli məqamların baş qaldırması gözləniləndir:

"Nəhayət, sonda onu da qeyd edim ki, güclü olmaq yalnız çoxlu puldan, modern silahlardan, texnoloji inkişafdan və s. ibarət deyil. Bu, həm də əhalinin həyat səviyyəsindən, sosial rifahının yüksək olmasından, vətəndaş məmnunluğundan və digər məqamlardan asılıdır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər