"Saat 9-da Parlamentin arxasında əsas imtahan bizi gözləyir" - TDU tələbələri
"Saat 9-da parlamentin arxasında əsas imtahan bizi gözləyir".
Bu barədə Tbilisi Dövlət Universitetinin (TDU) bir qrup tələbələrinin bəyanatında deyilir.
"Bir nəfər saxtalaşdırılmış seçkilərlə bizə birpartiyalı parlament təyin etdi, hansı ki, xalqın heç bir legitimliyi olmadan sabah toplanacaq.
Bu gün ölkəmizin taleyi həll olunur. Seçim bizim əlimizdədir – ya oğurlanmış seçkilərlə barışırıq və gələcək perspektivimizdən imtina edirik, ya da mübarizə aparır, hər bir səslərimizi qoruyur və qalib gəlirik.
Tələbələr olaraq, ruslaşdırmaya, senzura tətbiqinə, azadlığın məhdudlaşdırılmasına, konstitusiyanın və qanunvericiliyin kütləvi şəkildə pozulmasına və əlimizdən alınmış gələcəyə razılaşmaq fikrində deyilik", - deyə bəyanatda vurğulanıb.
Son xəbərlər