LGBT haqqında qanunu ləğv etməyəcəyik - Mdinaradze
Dərc olunub:
1-11-2024, 18:08
Ölkənin Avropaya inteqrasiyasını çətinləşdirsə belə, hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyəcək.
Bunu partiyanın icraçı baş katibi Mamuka Mdinaradze deyib.
“2 və ya 3 il gecikmək bizim üçün daha yaxşıdır, amma LGBT təbliğatına qarşı qanunu heç vaxt ləğv etməyəcəyik”, - Mdinaradze bildirib.