Zurabişvili prokurorluğa çağırıldı – Dindiriləcək!
Dərc olunub:
30-10-2024, 12:44
Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilini sonuncu parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə görə dindirilməyə çağırıb.
Bu barədə prokurorluqdan məlumat verilib.
“Gürcüstan Prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutlar olmalıdır və bu səbəbdən prezident oktyabrın 31-də istintaq orqanına dindirilmək üçün dəvət edilib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən Zurabişvili nəticələri tanımaqdan imtina edib.