İsrail İrana 3 dalğa ilə hücum edib: bu hədəfləri vurub
Dərc olunub:
26-10-2024, 09:50
İsrail ordusu İrandakı hədəflərə üç silsilə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə "Axios" nəşrinin siyasi müxbiri Barak Ravid X hesabında yazıb.
"ABŞ və İsrail rəsmiləri üç zərbə dalğasının baş verdiyini bildiriblər. Birinci dalğa İranın hava hücumundan müdafiə sisteminə, ikinci və üçüncü dalğalar isə raket və dron bazalarına, o cümlədən istehsal sahələrinə yönəlib",- o bildirib.
Qeyd edək ki, daha əvvəl İsrail hücumun İranın hərbi hədəflərinə yönəldiyini açıqlamışdı.