Ankara teraktı: Terrorçulardan birinin kimliyi bilindi
Dərc olunub:
24-10-2024, 14:16
Ötən gün TUSAŞ-da meydana gələn terror hücumunda məhv edilən PKK üzvlərindən birinin şəxsiyyəti bəlli olub.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Teraktı törədənin PKK üzvü, “Rojger” kod adlı Əli Örək olduğu təsdiqlənib.
Məhv edilən qadın terrorçunun şəxsiyyəti isə hələ açıqlanmayıb.