Sizin Reklam Burada

Türkiyəni Orta Şərqdəki müharibəyə cəlb etmək istəyirlər

Türkiyəni Orta Şərqdəki müharibəyə cəlb etmək istəyirlərTürkiyə də Yaxın Şərqdəki müharibəyə sürüklənə bilər. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib. Gerçəkdən Orta Şərqdə gedən prosesləri izləyəndə bu qənaətə gəlmək olar ki, qardaş ölkənin prezidentinin fikirləri reallığı əks etdirir. Bu da reallıqdır ki, bu qarışıq, təlatümlü, müharibələrin tüğyan elədiyi dönəmdə Türkiyə öz qüdrətini saxlamaqla bərabər dünya siyasətinə təsir etmək gücündədir. Azərbaycanla Türkiyənin strateji dəstəyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) sürətlə formalaşması və böyük strateji hədəfləri təbii ki, bir çox güc mərkəzlərini narahat etməkdədir.

Burada həm Qərbin, həm də Rusiyanın maraqları uzlaşır. Bunlar düşmən qüvvələr olsa da, yekunda eyni mövqedən çıxış edirlər. Həmin ölkələr heç vəclə Türkiyənin və ümumilikdə Türk dünyasının güclənməsini qəbul etmək istəməzlər. Görünən odur ki, onların hədəfində Türkiyənin Cənubi Qafqazda fəaliyyətini məhdudlaşdırmaq, lokal müharibələrə cəlb etmək, Avropa Birliyinə üzvlük məsələsini ləngitmək və digər məkrli planlar var. Lakin qardaş Türkiyə güclü olmaqla bərabər, bir çox qüvvələrin qaranlıq planlarını zərərsizləşdirmək qüdrətində olan dövlətdir.

İsralin müharibə ritorikası, İran meylli qüvvələrin sıradan çıxarılması əməliyyatı, ümumilikdə Orta Şərqdə alovlanan münaqişələrdə kimin qalib çıxacağını qabaqcadan demək çətindir. Amma, lakin o məlumdur ki, insan ölümünü vələdüznalar tamamilə adiləşdirdilər. Artıq müharibələrdə insan ölümü deyil, statistik rəqəmllər təqdim olunur. Orta Şərqdəki müharibə regionun arxitekturasını dəyişəcəyini və yeni güc mərkəzlərinin yaranacağını düşünmək olar.

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər