Türkiyəyə qarşı silahlanmağa başladılar – Arxalarından İran çıxdı
Türkiyənin İraqla təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə mövzusunda imzaladığı anlaşmadan sonra PKK terror təşkilatı və işbirlikçiləri səfərbər olmağa başlayıb.
Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Süleymaniyyədə PKK ilə əməkdaşlığını davam etdirən “Kürdüstan Vətənpərvərlər Birliyi”nin (KVB) lideri Bafel Təlabani ona bağlı qruplaşmaları silahlandırmağa başlayıb.
“Bağdadın PKK-nı “qadağan olunmuş təşkilat” olaraq təyin etməsi və Şimali İraqdakı Kürd Muxtariyyətinin Türkiyə ilə əməkdaşlığını sıxlaşdırmasından sonra Təlabani düşmənçiliyini silahlı hərəkata çevirmək qərarına gəlib. Təhlükəsizlik orqanlarının hazırladığı hesabata uyğun olaraq aidiyyəti qurumlara rəsmi məktub göndərilib. Məktubda Türkiyənin İraqda, xüsusən də Mosuldakı bazalarında yerləşən şəxsi heyətin xəbərdar edilməsi və təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı göstərişlər verilib”, - məlumatda deyilir.
Süleymaniyyədə Təlabani və rəhbərlik etdiyi terror qruplaşmalarının əsas dəstəkçiləri İrandır.