Sizin Reklam Burada

"Biz qonşu ölkələrdə sabitliyin hökm sürməsində maraqlıyıq"

"Biz qonşu ölkələrdə sabitliyin hökm sürməsində maraqlıyıq"Dağıstanda pravoslav kilsələri və sinaqoqlarda din xadimlərinin, habelə hüquq-mühafizə orqanları əməkdaşlarının tələfatı ilə nəticələnən qanlı hadisələr heç şübhəsiz ki, ciddi şəkildə planlaşdırılmış terror aktlarıdır. Bu xain planı törədənlər dini, irqi və milli mənsubiyyətindən asılı olmayaraq hamısı terrorçudur. Məşhur ifadə ilə desək, terrorçunun vətəni və milləti olmur.

Terror vəhşilik deməkdir, insanlığın düşməni olmaq deməkdir. Odur ki, vəhşilik edənlərin, günahsız insanların faciəli ölümünə bais olanların cəzası da ağır olur. Bu vəhşilər İslam kimi humanist bir dinin adından çıxış edə bilməzlər. Din və insanlıq düşməni olan terrorçuların bu mənfur addımı ilk növbədə regionda dinlərarası dialoqa, barışa, həmrəyliyə qarşı yönəlib.

Eyni zamanda terrorçuların məqsədi İslam dinini bütün dünyaya zorakılığı, terroru, vandalizmi təbliğ edən bir etiqad kimi tanıtmaqdır. Onlar Qərbin mənfur icadı olan “İslam terrorizmi”, “İslam fundamentalizmi” kimi qara təbliğat konsepsiyalarını yenidən gündəmə gətirməyə, aktuallaşdırmağa çalışırlar. Bir sözlə, hədəf İslam dinini gözdən salmaq və Rusiya ictimai mühitində müsəlmanlara qarşı nifrəti körükləməkdir. Bu qanlı olaydan sonra islamofobiyanın güclənəcəyi şəksizdir.

Biz Azərbaycanı əhatə edən qonşu ölkələrdə hər zaman sabitliyin hökm sürməsində maraqlıyıq. Ona görə də Dərbənddə və Mahaçqalada çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktlarının törədilməsi xəbərini dərin kədər və narahatlıq hissi ilə qarşıladıq. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə ilk başsağlığı məktubu ünvanlayan dövlət başçılarından biri kimi sözügedən terror aktını qətiyyətlə pislədi və terrorizmin bütün təzahürləri ilə mübarizəni dəstəklədiyini bildirərək həlak olanların doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verdi.

Ümid edirik ki, bu anti-insani aktın törədilməsini planlaşdıran təşkilatçılar öz murdar məqsədlərinə, müsəlmanlarla pravoslav xristianları arasında, müsəlmanlarla yəhudilər arasında qarşıdurmanın və ədavətin baş qaldırmasına nail ola bilməyəcəklər. Üç dinin həmrəyliyi terrora qalib gələcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər