Sizin Reklam Burada

Ərdoğandan Kərkük açıqlaması: ABŞ-ı xəbərdar etdik

Ərdoğandan Kərkük açıqlaması: ABŞ-ı xəbərdar etdikSərhədlərin təhlükəsizliyini təmin edərkən bölgənin tarazlığını qoruyan siyasət yürüdürük. İnanırıq ki, ən doğru, sağlam və davamlı həll yolu Kərkük şəhəri başda olmaqla, bölgənin, xüsusən də şəhərin demoqrafik reallıqlarına diqqət yetirən bir inzibati strukturun qurulmasıdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriyada ABŞ-ı dəfələrlə separatçı terror təşkilatı ilə əməkdaşlıq etməməsi, bu cür davranmağa davam edərsə, gələcəkdə həm öz maraqlarına, həm də bölgəyə ziyan vuracağı ilə bağlı xəbərdar etdik. Əslində son dövrlərdə baş verənlər narahatlıq və xəbərdarlıqlarımızın haqlı olduğunu açıq şəkildə göstərir. Rejimin həll yolu yox, problemin bir parçası olmaqda inad etməsi bölgədəki problemləri daha da dərinləşdirir. Türkiyə olaraq Suriyanın ərazi bütövlüyünün, etnik və məzhəb quruluşu da daxil olmaqla, demoqrafik reallıqlara əsaslanan qalıcı həlli üçün çalışmaları davam etdirmək əzmindəyik. Amerika, Rusiya, İran və Suriya rejimi də daxil olmaqla, regiondakı qruplara təsiri olan bütün tərəfləri bu istiqamətdə səy göstərməyə dəvət edirik”, - Ərdoğan bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər