Dörd erməni əsgər məhv edilib - Adlar
Dərc olunub:
1-09-2023, 19:17
Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verən toqquşmada dörd əsgərinin öldüyünü təsdiqləyib.
Daha bir əsgərin isə yaralandığı bildirilib.
Ermənistan ölən hərbçilərinin adlarını açıqlayıb.
Onlar Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyandır
Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb.