Sizin Reklam Burada

BMT-də Rusiya ilə bağlı xüsusi tribunal yaradılması təklif olunur

BMT-də Rusiya ilə bağlı xüsusi tribunal yaradılması təklif olunur“BMT Rusiyanın Ukraynaya təcavüzü cinayətini araşdırmaq üçün xüsusi tribunal yaratmalıdır. Müvafiq qətnamənin bu il BMT Baş Assambleyasına baxılması üçün təqdim edilməsi planlaşdırılır”.

“Report”un məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının açıq debatları zamanı Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbarova deyib.

“Biz bütün məsul dövlətləri Baş Assambleyaya təqdim etmək niyyətində olduğumuz tribunalın yaradılması ilə bağlı qətnaməni dəstəkləməyə çağırırıq”- deyə, o bildirib.

Onun sözlərinə görə, indi ədalətin bərpası əsas məqamlardan biridir: “Bu, bütün rus hərbi cinayətkarlar məsuliyyətə cəlb edildikdə əldə edilə bilər. Bu səhər mən tərəfdaşlarla geniş spektrli məsələləri, o cümlədən xüsusi tribunalla bağlı məsələni müzakirə etdim. Ukrayna rəhbərliyi fevralda bir nömrəli prioritetin “sülh formuluna” dair qətnaməni müzakirə etmək qərarına gəlib.

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serqey Kislitsa bu qətnaməni müzakirə edir. Bunun üçün BMT Baş Assambleyasının xüsusi sessiyası çağırıla bilər. Məsuliyyətlə bağlı qətnamə də bu ilin sonunda təqdim oluna bilər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər