Rusiyalı general Nikolayevdə mühasirəyə düşüb
Dərc olunub:
22-03-2022, 18:54
Nikolayevdə general Yakov Ryazantsevin komandanlığı altındakı rus ordusu mühasirədədir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti ələ keçirilən telefon danışıqlarına istinadla belə bir məlumat yayıb.
“İşğalçılar qeyd edirlər ki, müharibənin 4-cü günü general onlara söz verib ki, onların “xüsusi əməliyyatı” bir neçə saata bitəcək. Amma həftələrdir uzanır”, - məlumatda qeyd olunub.