Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
Dərc olunub:
22-03-2022, 01:34
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.
Bu barədə rusiyalı ombudsman Tatyana Moskalkova deyib.
Qeyd edək ki, bundan əvvəl Melitopol meri İvan Fedorovun 9 rusiyalı məhbusla dəyişdirilməsi barədə məlumat yayılmışdı. Lakin bunun rəsmi təsdiqi yox idi.
Eyni zamanda martın 1-də də Rusiya və Ukrayna arasında ilk dəfə əsir mübadiləsi həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, proses Ukraynanın Sum vilayətində baş verib. Ukrayna tərəfi 5 hərbçisi qarşılığında 1 rusiyalı zabiti təhvil verib.