Sizin Reklam Burada

"Hava məkanımıza kimsə əl uzada bilməz"

"Hava məkanımıza kimsə əl uzada bilməz"Prezident Ersin Tatar Kipr rum administrasiyasının Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) hava məkanı da daxil olmaqla hava məkanını bağlamaq qərarına reaksiya verib.

Avrasiya.net xəbər verir ki, KKTC prezidenti Ersin Tatar yazılı açıqlamasında Rusiya-Ukrayna müharibəsi səbəbiylə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində AB ölkələri, bir çox başqa ölkə və Rusiya təyyarələrinə Cənubi Kiprin hava məkanını bağlamaq qərarına gəldiyini ifadə edərək, bunun səlahiyyət və məsuliyyətinin bu qərarı qəbul edən ölkələrə aid olduğunu deyib.

Ersin Tatar KKTC-nin Kiprin rum administrasiyasının qəbul etdiyi hava məkanı qərarına KKTC-nin milli hava sahəsini əlavə etməsinin və bu istiqamətdə xəritələr dərcinin qəbuledilməz olduğunu vurğulayıb.

Prezident açıqlamasında, “Kıpr rum administrasiyasının 1960-cı ildə KKTC ərazisində və 1960-cı ildə əldə etdiyimiz suveren bərabərliyimiz, bərabər statusumuz və əldə etdiyimiz hüquqlarımıza qarşı milli hava məkanımızla bağlı hər hansı qərar verməsi müzakirə mövzusu ola bilməz", deyib.

Ersin Tatar qeyd edib ki, özünü Kiprin yeganə sahibi kimi görən rum administrasiyasının belə bir qərar qəbul etməsi, KKTC-nin suverenlik hüquqlarına əl uzatması və dünya ictimai rəyini aldatmağa çalışması əbəs cəhddir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər