ATƏT-in əməkdaşı Ukraynada öldürüldü
Dərc olunub:
2-03-2022, 01:30
ATƏT-in Xüsusi Monitorinq Missiyasının müşahidəçisi Rusiya ilə müharibədə həlak olub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Mariya Mezentseva Feysbuk hesabında məlumat verib.
“Rusiyanın Ukraynaya qarşı müharibəsində ATƏT-in bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır”, - deputat bildirib.
Bununla yanaşı, deputat bunun harada və hansı şəraitdə baş verdiyini açıqlamayıb.