200 rus əsgəri əsirdir
Dərc olunub:
1-03-2022, 11:46
Ukrayna Baş Qərargahı 5 gün ərzində Rusiya silahlı qüvvələrinin itkilərinin 5 710 nəfərə çatdığını yazıb.
Hazırda 200 rus əsgəri əsirdir.
“Bundan başqa düşmənin 29 təyyarəsi, 29 helikopteri, 189 tankı, 846 zirehli döyüş maşını, 77 artilleriya sistemləri, 2 HHM qurğuları, 24 reaktiv yaylım atəş sistemləri, yanacaqla dolu 60 sisterni, operativ-taktiki səviyyəli 3 PUA-sı, 2 kateri və 305 avtomobil texnikası məhv edilib”, - məlumatda qeyd olunub.