Avropa Birliyi Ukraynaya qırıcılar verir
Dərc olunub:
28-02-2022, 02:44
Avropa Birliyi ölkələri Rusiya qoşunlarına qarşı müharibə aparmaq üçün Ukraynaya döyüş təyyarələri verməyə razılaşıblar.
Axar.az xəbər verir ki, bunu AB-nin Baş diplomatı Jozep Borrell deyib.
"Biz hətta Ukraynaya döyüş təyyarələri təqdim edəcəyik. Biz təkcə döyüş sursatından danışmırıq. Müharibə aparmaq üçün ən vacib silahları veririk", - o bildirib.