Rusiyadan etiraf: Əcnəbilər olmasa, bacarmayacağıq
Dərc olunub:
9-02-2022, 07:40
Rusiyanın inşaat sektorunda əvvəlki iş həcmini qorumaq üçün 1,5 -2 milyon əcnəbi işçiyə ehtiyac var.
Bu barədə Rusiyanın Milli İnşaatçılar Birliyinin rəhbəri Anton Qluşkov deyib.
“Yaranan situasiyadan görünür ki, xarici işçi qüvvəsi olmadan inşaat sektorunda tikintinin öhdəsindən gəlmək mümkün olmayacaq. Yaxın zamanda miqrantlardan imtina mümkün deyil”, - Qluşkov bildirib.